Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə hazırlıq

Mərkəzimizin əsas xidməti olan “MİQ” xidməti müəllimlik ixtisasında təhsil alan son kurs tələbələri və məzunları üçün Təhsil Nazirliyinin təşkil etdiyi “Müəllimlərin İşə Qəbulu” imtahanın test mərhələsi üzrə hazırlıq təşkil edir.

Tədris olunan ixtisaslar: Riyaziyyat, Azərbaycan dili və ədəbiyyatı, İbtidai sinif, İngilis dili, Tarix, Coğrafiya, Biologiya, Kimya, Fizika, Təsviri incəsənət, Musiqi, Fiziki tərbiyə, Texnologiya, Fransız dili, Rus dili, Alman dili və Metodika.

Proqrama daxildir: Təhsil Nazirliyinin çərçivə sənədi əsasında dərslər, mövzu və qəbul testləri, imtahanadək psixoloji motivasiya söhbətləri, aylıq sınaq imtahanları.

Dərslər hər fənn həftədə 2 dəfə, 90 dəqiqə müddətində, əyani və ya onlayn (canlı və interaktiv) keçirilir. Özəllik: Proqramı tam hazırlaşan müdavimlərin imtahan ödənişləri mərkəzimiz tərəfindən qarşılanacaq.

Əlaqə (WhatsApp): 070 305 14 65